• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin yazıpulu niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

Müəllimlərin yazıpulu niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
05.11.2015 15:03
Bakı şəhərində sınaq qiymətləndirməsindən keçən müəllimlərin maaşları artırılan zaman onların dərs saatı 18 saata (1 stavka) qaldırıldı. Yazı işlərinin yoxlanılmasına görə verilən məbləğ isə dayandırıldı. Hazırda Bakıdakı orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə, çalışdıqları məktəbin mühasibatlığından bildirilib ki, növbəti aydan dərs yükü 12 saat (1 stavka) olacaq, həmçinin yazı işlərinə görə verilən məbləğ bərpa olunacaq.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin bir stavka dərs yükü 18 saat müəyyənləşib:

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının təhsil nazirinin 2015-ci il 13 mart tarixli 300 nömrəli əmrinə əsasən, dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin bir stavka dərs yükü 18 saat müəyyənləşdirilib.

Qeyd olunan əmrdə yazı işlərinin yoxlanılmasına görə əlavə haqq nəzərdə tutulmayıb”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol