"ASAN xidmət" vasitəsilə lisenziyaların verilməsi prosesi başladı

İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi prosesinə başlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.
İlk lisenziyalar sərnişin daşımaları və beynəlxalq yük daşımaları ilə məşğul olan sahibkarlara verilib.
S.Məmmədov qeyd edib ki, "ASAN xidmət" mərkəzləri noyabrın 2-dən lisenziya müddətləri başa çatan sahibkarlardan müraciətləri qəbul etməyə başlayıb: "Bu gün isə biz həmin müraciətlər üzrə lisenziyaların verilməsinə başlayırıq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























