• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın efir məkanında təhlükəli problem

Azərbaycanın efir məkanında təhlükəli problem
05.11.2015 17:11
Bu gün Azərbaycanın efir məkanında ən ciddi problemlərdən biri, bəlkə də birincisi verilişlərin mənəvi fəlsəfəsi və ideologiyası ilə bağlıdır.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, aparıcıların nitq və dünyagörüşü səviyyəsinin aşağı olması haqqında çox danışıqlar gedib və indiyə qədər müəyyən inkişaf var: "Amma indi problemlər bir az ayrı səviyyədədir, daha dərin məsələləri əhatə edir. Yəni burada söhbət aparıcının səviyyəsindən daha çox verilişin mənəvi fəlsəfəsi, ideologiyası, cəmiyyətin mənəvi aləmi haqda gedir”.

N.Cəfərov deyib ki, bu gün ailədaxili məsələlər televiziya məkanında müzakirəyə çıxarılaraq ictimailəşdirilir: "Yəni ailə sirlərinin, insanların tale sirlərinin bu cür primitiv şəkildə ictimaiyyət qarşısına çıxarılması düzgün deyil. İnsanlar özləri də bunun qeyri-etik olduğunun fərqinə varmadan efirə çıxırlar. Müəyyən ailədaxili məsələlər var ki, bunlar müzakirə olunmaqla həll olunmur. Bu, insanın tale məsələsi, daxili məsələdir. Hər şeyi ictimailəşdirmək olmaz. Bu baxımdan artıq burada problem aparıcı mədəniyyətindən daha çox, verilişin fəlsəfəsi ilə bağlıdır”.

Onun fikrincə, bu cür verilişlər əslində süni qıcıq yaradır: "Bilirik ki, bu cür verilişlər reklam gətirir, amma bu cür verilişlərin cəmiyyətə nə qədər mənəvi zərbə vurması ayrı bir məsələdir”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol