• $
  • €
  • ₽
  • ₺
  • £

Dilçilik İnstitutu: "Verilişə çıxanda əcaib ifadələr işlədirlər"

Dilçilik İnstitutu: "Verilişə çıxanda əcaib ifadələr işlədirlər"
05.11.2015 23:59
"Əvvəlki illərlə müqayisədə radio-televiziya kanallarının aparıcılarının dili ilə bağlı vəziyyətdə əsaslı dönüş yaranmasa da, müəyyən qədər fərqlər var”.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, ədəbi dilin işlənməsi sahəsində əsas problem özəl telekanallarla bağlıdır: "Təəssüf ki, büdcədən maliyyələşən bəzi telekanallarda da bu meyl hiss olunur. Çünki işə götürülən aparıcılar ixtisas sahibi deyillər, dili yaxşı bilmirlər, onların ümumi təfəkkür səviyyəsi aşağı olur. Bu adamlar verilişə çıxanda uyğun sözləri deməyə çətinlik çəkirlər və nəticədə əcaib ifadələr işlədirlər. Ona görə də hesab edirəm ki, rəhbərlik işə götürən, efirə adam buraxan zaman onun hazırlığına diqqət yetirməlidir".

Q.Məhərrəmli qeyd edib ki, aparıcıların dilindəki nöqsanları aradan qaldırmaq üçün sistemli iş aparılmalı, mütəmadi olaraq treninqlər keçirilməlidir: "Biz bir dəfə televiziya əməkdaşları üçün treninq təşkil etmişik. Hesab edirəm ki, həmin treninqə gələn həmkarlarımız ona çox ciddi maraq göstəriblər və bundan xeyli faydalanıblar. Bu treninqləri təşkil etmək üçün müəyyən bir sistem olmalıdır. Bununla yalnız Dilçilik İnstitutu deyil, Milli Televiziya və Radio Şurası da, telekanalların özləri də məşğul ola bilərlər. Çünki telekanallarda Dil şuraları var”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol