• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi bu il aşkarlanan saxta diplomluların sayını açıqladı

Səhiyyə Nazirliyi bu il aşkarlanan saxta diplomluların sayını açıqladı
06.11.2015 14:55
"2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sənədlərin araşdırılması prosesi zamanı 118 saxta diplom aşkar olunub. Aşkarlanan diplomların əksəriyyəti orta təhsilə aiddir”. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
 
Məlumatda deyilir ki, ümumilikdə araşdırma nəticəsində, 118 saxta diplom aşkar olunaraq toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib: "Bu istiqamətdə həmin qurumla müvafiq tədbirlər davam etdirilir”.
 
Qeyd olunub ki, 2011-ci ildən başlayan tibb işçilərin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən tibb peşəli şəxslərin sənədləri yoxlanaraq bir sıra saxta və ya hüquqi əsası olmayan təhsil müəssisələri tərəfindən verilmiş diplomlar aşkar olunub: "Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin baxılması zamanı sənədlərin yoxlanması üçün aidiyyəti olan tibb müəssisələrinə sorğu göndərilir. Sorğuların cavabı sənədin əsassız olduğunu təsdiqləyirsə, faktla bağlı bütün sənədlər Hüquq və Daxili Nəzarət şöbəsinə və oradan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir.
 
Eyni zamanda vurğulamaq lazımdır ki, 2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il martın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Qanunun tətbiq olunması və saxta sənədlərin istifadəsinə görə vətəndaşların məsuliyyətə cəlb olunması saxta diplomların sayını tədricən azaldacaq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol