• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədov Ağdaşda vətəndaşları qəbul etdi – FOTO

Ziya Məmmədov Ağdaşda vətəndaşları qəbul etdi – FOTO
06.11.2015 15:20
Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov noyabrın 6-da Ağdaşda qəbul keçirib.

Oxu.Az xəbər verir ki, nazir Ziya Məmmədov Ağdaş, Göyçay və Ucar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Ağdaş və Göyçay şəhərlərində müasir tipli avtovağzalın tikintisinə köməklik göstərilməsi, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 279-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən hissəsində mal-qara keçidinin qurulması, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 282-ci km-də körpünün tikilməsi və digər məsələlərlə bağlı olub.

Daha sonra Ağdaş rayonunda Aşağı Zeynəddin kəndində məskunlaşmış məcburi köçkünlər adından həmin kəndin avtomobil yolunun təmiri üçün müraciət olunub. Ziya Məmmədov məsələnin həlli ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib və bu gündən etibarən Aşağı Zeynəddin kəndində avtomobil yolunun təmiri işlərinə başlanılıb.

Vətəndaşlar yol-nəqliyyat sistemində görülmüş işlərlə bağlı minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.







www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol