• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı İŞİD yaraqlılarının şikayəti rədd edildi

Azərbaycanlı İŞİD yaraqlılarının şikayəti rədd edildi
07.11.2015 09:43
Onlar ötən ilin sentyabr ayında MTN əməkdaşları tərəfindən saxlanılıblar.

Bakı Apellyasiya Məhkəməsində Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov və Tural Məmmədovun CM-nin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qruplar yaratma) və 283-cü (milli, irqi sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən ötən ilin sentyabr ayında saxlanılıblar. İttiham aktına əsasən, onlar Suriyada Bəşər Əsədə qarşı "İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tərkibində qanunsuz döyüşməkdə şübhəli bilinən 26 Azərbaycan vətəndaşının sırasında olublar.

Elşən Qurbanlı, Nadir Əlixanov və Bəhruz Rəsulov ittiham üzrə özlərini qismən təqsirli biliblər, Tural Məmmədov və Kamran Əzizov isə özlərini təqsirli hesab etməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Əzizov və Tural Məmmədov 14 il 6 ay, Elşən Qurbanlı və Nadir Əlixanov 13 il, Bəhruz Rəsulov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi barədə apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol