• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: Düşmən vahimə içərisindədir - FOTOLAR

Zakir Həsənov: Düşmən vahimə içərisindədir -  FOTOLAR
09.11.2015 14:15
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə boyu zonada yerləşən hərbi hissələrdən birində Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.

Düşmənlə üz-üzə səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb:
 
"Ali Baş Komandan, möhtərəm cənab Prezidentin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində ordu son vaxtlar sürətlə inkişaf edir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə olunub.
 
Cəbhədə keçirilən tədbirlər nəticəsində xeyli sayda düşmən məhv edilib, o, psixoloji cəhətdən sarsıdılıb. Əsgərlərimizin ruh yüksəkliyi düşmənləri qorxudur. Onlar vahimə içərisindədirlər.
 
Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində şəxsi heyətin xidməti döyüş fəaliyyətini, döyüş növbəsini yoxladıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri mərd şəkildə cəbhədə düşmənlə üz-üzə dayanaraq onu işğal olunmuş torpaqlarımızdan qovaraq ərazilərimizi azad etməyə tam hazırdır. Buna nail olmaq üçün bizim bütün imkanlarımız var.
 
Hər gün ordumuz müasir silahlar, toplar, zirehli texnikalarla silahlanır, yeni tikililər, o cümlədən sizin də xidmət etdiyiniz hərbi hissəniz əsgər və zabitlərin istifadəsinə verilir. Bunlar hamısı bizə imkan verir ki, haqq sözümüzü, mövqeyimizi müdafiə edək və qısa bir müddətdə ermənilərə göstərək ki, Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir.
 
Bu bayram günündə mən xüsusi qeyd etmək istəyirəm ki, cənab prezidentin bizə təqdim etdiyi döyüş bayrağımız da dövlət bayrağının rəmzlərini əks etdirir. Biz hamımız bir yerdə o günü yaxınlaşdırmalıyıq ki, döyüş bayraqlarımızı Azərbaycanın işğal olunmuş torpaqlarında ucaldaq.
 
Hər bir Azərbaycan əsgəri nümunəvi nizam-intizama malik olmalı, xidməti fəaliyyətini, döyüş hazırlığını daim artırmalı, sərəncamındakı ən müasir silah-sursat, hərbi texnikanı bacarıqla istifadə etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır.
 
Azərbaycan Silahlı Qüvvələrinin gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır”.
 





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol