Azərbaycan BƏƏ ilə viza rejimini sadələşdirir

Noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimindən istifadə etməklə gələ biləcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Gulf News” qəzeti Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, BƏƏ vətəndaşları artıq Azərbaycana gəldikdən sonra ölkənin istənilən aeroportunda viza əldə edə biləcəklər.
Vizanın etibarlılıq müddəti 30 gün təşkil edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda beynəlxalq sərnişin daşımalarını həyata keçirən altı aeroport fəaliyyət göstərir (Bakıa, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə).
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























