Bakının mərkəzində polis qəzaya düşdü

Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.
"Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi "Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi "Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























