Bakıda NATO ekspertləri ilə işçi görüşü başlayıb

Noyabrın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb.
Bu barədə Oxu.Az-a Müdafiə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























