• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda teleradio proqramlarının yayım keyfiyyəti yoxlanıldı

Azərbaycanda teleradio proqramlarının yayım keyfiyyəti yoxlanıldı
12.11.2015 12:20
Bakı Teleqülləsindən yayımlanan teleproqramların yayım keyfiyyətini yoxlamaq məqsədilə Sumqayıt və Xırdalan şəhərləri, Tağıyev, Giləzi, Lökbatan, Sahil, Qobustan, Ələt, Binə, Buzovna, Şüvəlan, Zağulba, Maştağa, Müşviqabad, Qaraçuxur, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. 

Ümumilikdə,  83 məntəqədə 781 ölçü işləri aparılıb. Bu barədə "Report"a Dövlət RadioTezliklər İdarəsindən daxil olan xəbərdə bildirilir. 

Qeyd olunan yaşayış məntəqələrində Bakı Teleqülləsindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Cəmi 84 məntəqədə 884 ölçü işləri aparılıb. Ölkə ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə şöbənin mütəxəssisləri tərəfindən Şirvan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonları ərazisində radiomonitorinq işləri aparılıb. Televiziya üzrə 94 məntəqədə 735 ölçü işləri aparılıb, radio üzrə 73 məntəqədə 581 ölçü işləri aparılıb. 

Bu ilin 10 ayı ərzində şöbəyə kənar maneə təsiri ilə əlaqədar olaraq 29 müraciət daxil olub. Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görülüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol