• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Abşerondakı qədim sürüşmə sahələri niyə aktivləşib?

Bakı və Abşerondakı qədim sürüşmə sahələri niyə aktivləşib?
12.11.2015 17:17
"Son zamanlar Bakı və Abşeron yarımadasındakı yamaclarda, yamacların qaş hissələrində tikinti-quraşdırma işlərinin vüsət alması, yamacların kəskin yarılması, həyətyanı sahələrin təsərrüfatsızlıqla suvarılması, yeraltı suların tektonik çatlarla səthə çıxması və s. amillər qədim sürüşmə sahələrinin oyanmasına səbəb olur”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
 
O bildirib ki, bu prosesləri zəiflətmək, hətta qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməklə daim nəzarətdə saxlanılmalıdır: "Əks təqdirdə Bakı və Abşeron yarımadasındakı sürüşmə ehtimalı olan ərazilərdə sürüşmə təhlükəsi qaçılmazdır”.
 
Baş geoloq qeyd edib ki, Bakı şəhəri və onun ətraflarında təhlükəli vəziyyətin yaranmasında geoloji-struktur amillərdən başqa texnogen və antropogen amillər də böyük rol oynayır: "Ona görə də bu tip sahələrdə yaranan təhlükənin qarşısını almaq məqsədilə şəhər ətrafı yamaclarda tikintiyə son qoyulmalı, əraziyə xarakterik əkilmiş ağacların və yaşıllıqların suvarılması müəyyən norma daxilində aparılmalı, yer səthinə çıxan və çirkab sular borulara yığılmaqla ümumi şəhər kanalizasiya xəttinə qoşulmalıdır”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol