• $
  • €
  • ₽
  • ₺
  • £

“Xutor”, “Kubinka”, “Beşmərtəbə”nin sökülməsinə İcra hakimiyyətləri qərar verəcək

“Xutor”, “Kubinka”, “Beşmərtəbə”nin sökülməsinə İcra hakimiyyətləri qərar verəcək
14.11.2015 13:34
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Bakıdövlətlayihə” Layihə institutu tərəfindən beynəlxalq məsləhətçilərin iştirakı ilə Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərinin, həmçinin Abşeron rayonunun bir hissəsinin də daxil olduğu "Böyük Bakının Regional İnkişaf Planı” tərtib edilib. Bu layihə çərçivəsində "Məxsusi Bakının Ərazidən İstifədə və Zonalaşdırma planı” işlənib. Hər iki layihə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub. 

Bu barədə Modern.az saytına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəıxalq əlaqələr və informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Komitənin sifarişi əsasında "Bakıdövlətlayihə” İnstitutu tərəfindən Bakı şəhərinin  bütün inzibati ərazisini əhatə edən ərazidən istifadə və zonalaşdırma planının işlənilməsi üçün hazırlıq işləri aparılır. Bununla əlaqədar Komitə tərəfindən Respublikanın bütün aidiyyətı təşkilatlarına təklif və tövsiyyələrinin bildirilməsi üçün müraciət olunub.

""Böyük Bakının Regional İnkişaf Planı” ilə Bakının əsas sənaye zonasının Qaradağ rayonunda formalaşdırılması, Bakı ərazisində dəniz boyu zolağının bulvar kimi davam etdirilməsi və buradakı istehsalat, nəqliyyat və s. obyektlərin köçürülməsi (əsasən Qaradağ rayonuna) planlaşdırılır. 
2014-cü ildə Bakı Beynəlxalq Dəniz Limanının (Ələt qəsəbəsinin yaxınlığında) birinci mərhələsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib və burada işlər hələ də davam edir”,-deyə komitədən bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onu da bəyan edib ki, Bakı şəhərində ərazilərin sökülməsi (sonradan burada yeni tikinti və abadlaşdırma tədbirlərin görülməsi daxil olmaqla), o cümlədən söküntü işlərinin nə zaman başlanılması barədə qərarların verilməsi müvafiq yerli icra hakimiyyətlərinin salahiyyətlərinə aiddir. 

""Xutor”, "Kubinka”, Nərimanov və Azərbaycan prospektləri arasındakı "Beşmərtəbə” adlanan ərazilərin sökülməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin  Dövlət Reystrində qeydiyyata alınması üçün hələ ki məlumat daxil olmayıb”-deyə Komitədən Modern.az-a verilən açıqlamada qeyd olunub.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol