• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobili plyonka ilə idarə edənlərin nəzərinə!

Avtomobili plyonka ilə idarə edənlərin nəzərinə!
16.11.2015 10:00
Avtomobillərinin şüşələrində pərdə və plyonkalardan istifadə edən sürücülər cərimələnəcək.
 
Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, avtomobilinin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.

V.Əsədov sürücülərə çağırış edərək bildirib ki, pərdə, jalüz və plyonkaları artıq söksünlər: "Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə pərdə, plonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülər 150 manat cərimə olunacaqlar. Eyni zamanda bəzən sənaye üsulu ilə hazırlanmış belə pərdələrə, həmçinin kustar üsulla hazırlanaraq avtomobilin şüşələrinə quraşdırılan digər vasitələrə görə sürücülər məsuliyyət daşıyır. İstər sənaye, istərsə də kustar üsulla hazırlansın, əgər bu vasitələr avtomobilin şüşələrinə quraşdırılır və istismar edilirsə, sözsüz ki, sürücü məsuliyyət daşıyır”.

O, əlavə edib ki, "Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülərə noyabrın 16-dan etibarən protokol yazılacaq.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından (noyabrın 15-dək) avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol