• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işsizlərə sığorta pulu veriləcək

Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
17.11.2015 11:40
Qanun layihəsi hazırlanıb.

Azərbaycanda işsizlikdən icbari sığorta sistemi yaradılacaq. 

ANN.Az Trend-ə istinadən xəbər verir ki,  Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyindən bildirilib ki, artıq bu barədə qanun layihəsi hazırlanıb.

"Layihə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən sığortası ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edir”, - deyə nazirlikdən bildirilib.

Nazirlikdə bildirilib ki, işsizlikdən sığorta işsizlər üçün müavinət kimi ödəniləcək.

"İşsizlikdən sığorta imkan verəcək ki, işsiz qalan şəxs müəyyən müddət ərzində işsizlik müavinəti alsın.Bu müavinətlər isə həmin şəxsin rəsmi əmək fəaliyyəti zamanı özü tərəfindən vaxtilə edilmiş ödənişlər hesabına həyata keçiriləcək”. 

Müvafiq strukturlarla razılaşdırıldıqdan sonra qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycanda işsizlərin sosial müdafiəsi üsullarından biri işsizliyə görə müavinətdir.

"Məşğulluq haqqında” qanuna görə, işsizlik statusunu məşğulluq mərkəzlərində almaq olar. Əgər bu mərkəzdə qeydiyyata alınan şəxs 10 gün ərzində işə təklif almırsa, onu rəsmi olaraq işsiz statusu verili rvə işsizlikdən müavinət ödənilməsinə başlanılır.

İşsizlik müavinətinin məbləği müxtəlif kriteriyalar əsasında hesablanır və vətəndaşın sonunca iş yerində aldığı əmək haqqının 70%-ə çata bilər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol