• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2 000-dən çox əkiz uşaq doğulub

Azərbaycanda 2 000-dən çox əkiz uşaq doğulub
17.11.2015 16:30
 Bu ilin 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və bu göstərici əhalinin hər 1 000 nəfərinə 17,3 təşkil edib. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Hesabata əsasən, doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2 238-i əkiz, 66-sı isə üçəmdir.

Bundan başqa, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Eyni zamanda, qeydiyyat şöbələri tərəfindən ölkədə 51 min nikah və 9,6 min boşanma halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 8,9-dan 7,1-ə qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,3) qalıb.

Həmçinin, Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2 038 nəfər gələn və 820 nəfər ölkədən gedən qeydə alınıb.

Hesabatda eyni zamanda Azərbaycanda demoqrafik vəziyyət də açıqlanıb. Belə ki, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artaraq, 2015-ci il oktyabr ayının 1-i vəziyyətinə 9676,5 min nəfərə çatıb. Bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir.

Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1 000 kişiyə 1 009 qadın düşür.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol