• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda axtarışda olan şəxs üçüncü ölkəyə qaçarkən saxlanıldı

​Azərbaycanda axtarışda olan şəxs üçüncü ölkəyə qaçarkən saxlanıldı
18.11.2015 11:45
Azərbaycanda bir ilə yaxındır adam öldürməyə, quldurluğa və qanunsuz silah gəzdirməyə görə axtarışda olan şəxs Gürcüstan sərhədində saxlanılıb.

"Report”un xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin üç maddəsi ilə axtarışda olan 1965-ci il təvəllüdlü Zakir İbayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi və Azərbaycan DİN-in Gürcüstan Respublikasındakı nümayəndəliyinin birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan dövlət sərhədini keçərkən saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilərkən müəyyən edilib ki, Z.İbayev haqqında Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 344 (sərhədi qanunsuz keçmə) və 362-ci (saxta sənəd) maddələri ilə də cinayət işi başlanılıb.

Hazırda Zakir İbayevin Azərbaycana ekstradisiya məsələsi həll olunur.
Qeyd edək ki, Z.İbayev 2014-cü ilin dekabrın 16-dan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120 (adam öldürmə), 181 (quldurluq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə axtarışda olub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol