• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Həmin ərazilərdə aparılan tikintilər sürüşməyə səbəb olur"

Nazir: "Həmin ərazilərdə aparılan tikintilər sürüşməyə səbəb olur"
18.11.2015 13:12
 "Azərbaycanda sürüşmə sahələrinin bir qismi heç bir tikinti aparılması məqsədəuyğun hesab edilməyən təbii zonalardır. Hətta yol tikintisi zamanı da həmin ərazilərdən uzaq olmaq və ya əlavə tədbirlər görmək lazımdır”.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ikinci qrup sürüşmələr insan fəaliyyəti nəticəsində yaranır: ”Quruntun keyfiyyəti elədir ki, ora su gələndə mütləq sürüşmə olacaq. Bəzi hallarda həmin ərazilərdə aparılan tikinti sürüşməyə səbəb olur. Çünki torpaq real vəziyyətdən çox yüklənmiş olur. Bu hallarda tikinti şirkətləri verilən tövsiyələrə ciddi əməl etməlidir”.

H.Bağırov sürüşmələrin qarşısının alınması üçün görülən işlərdən də danışıb: ”Nazirliyin vəzifəsi belə əraziləri öyrənmək və vaxtaşırı dövlət orqanlarına, o cümlədən tikintiyə nəzarət edən təşkilatlara məlumat göndərməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə sahələrinin atlas və xəritələri hazırlayıb. Sürüşmə sahələrində son vəziyyəti əks etdirən xəritə hazırlanıb və müvafiq icra hakimiyyətinə göndərilib. Təbiətdə gedən proses və bir sıra hallarda insan faktoru nəticəsində yaranan fəsadların qarşısının alınması üçün işlər görülür”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol