• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir şeyxlərin Azərbaycanda ov etməsinə münasibət bildirdi

Nazir şeyxlərin Azərbaycanda ov etməsinə münasibət bildirdi
18.11.2015 13:55
"Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov məsələlərinə ciddi nəzarət edir. 

Oxu.Az "Report”-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzarət altında tənzimlənən ov hətta biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir:

"Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb, məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur.

Məsələn, Azərbaycanın şimal qərb zonasında Böyük Qafqazın şimal qərb ətəklərində yaxşı bir ovçuluq təsərrüfatı yaradılıb. Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov apara bilər. 

Eyni zamanda, paradoks da olsa həmin ərazilərdə heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. Amma başqa hallar da olur.

Biz onun tərəfdarıyıq ki, bütün bu hallar Azərbaycan qanunlarına, Azərbaycan adət-ənənələrinə, o cümlədən ov sahəsində hörmətlə yanaşmaqla müşahidə olunsun, lisenziya əsasında aparılsın. 

Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma onlar da bu işi qanun əsasında görməlidir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol