• $
  • €
  • ₽
  • ₺
  • £

Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma

Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma
19.11.2015 10:10
Qəbul imtahanlarından söz düşəndə hər bir abituriyent bunun çox uzun və əzablı proses olduğunu düşünür. Amma hər birimiz gələcəyimizi qurmaq üçün bu mərhələni keçməyə məcburuq.

Öz təcrübəmizdən də bilirik ki, hazırlıq prosesi yaddaşımızda xoş xatirələrlə qalmır. Saysız-hesabsız məlumat axını, sonsuz əzbərləmələr, kifayət qədər standart tədris strategiyası və bütün prosesin mexanikləşdirilməsi abituriyentləri yorur. 

Oxu.Az xəbər verir ki, xoşbəxtlikdən bu sahə də inkişafdan qalmır və bizim ölkədə də konservativ tədris metodların yenilərilə əvəz olunması sadəcə vaxt məsələsidir. 

Bu baxımdan, imtahanlara ənənəvi hazırlıq prosesinin şablon metodlarından çoxdandır imtina etmiş Qərbi Avropa və ABŞ nümunə kimi göstərilə bilər. Bu ölkələrdə "edutainment” metodu (ingiliscə "education” və "entertaiment” sözlərindən yaranıb) geniş yayılıb, yəni təhsillə əyləncənin birləşdirilməsi. Bu yanaşma məşğələlərdə daha yaradıcı olmaq və interaktivliyi gücləndirmək məqsədi daşıyır. 

Metodika, eyni zamanda, nəticəyə hesablanmış taktiki və strateji məsələlərə də diqqət ayırır. Kursların məqsədi "tədris olunan fənlərə əsl maraq aşılamaq” deyil. Kurslarda hər şey vaxtdan düzgün istifadə etməyə, faydalı iş əmsalını artırmağa xidmət etməlidir. Bundan başqa, hazırlıq müddətində və imtahan zamanı abituriyentin psixoloji hazırlığına və stresə davamlılığına xüsusi diqqət yetirilir.  

Mövcud metodikanın tərəfdarları onlara yad olan sistemi asanlıqla inkar edə bilərdilər, lakin abituriyentlərin qəbul imtahanlarında göstərdikləri yüksək nəticələr və effektivlik buna imkan vermədi. Bunların hamısı həmin metodikanın uğurlu tətbiqini və belə kursların ölkəmizdə vacib olduğundan xəbər verir.

Sevindiricidir ki, son vaxtlar bununla bağlı gözəl xəbərlər eşidirik. Yayılan məlumatlara görə, artıq Bakıda da yaradıcı metodikaya əsaslanan hazırlıq kurslarının açılması gözlənilir. Ümid edirik, bu məlumat doğrudur və bundan sonra abituryentlər üçün qəbul imtahanlarına hazırlıq prosesi əziyyətli olmayacaq. Əksinə, yeni metod əyləndirərək öyrədəcək və abituriyentlər sinif otağından məmnuniyyətlə çıxacaqlar. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol