• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da vətənpərvərlik mövzusunda “Şeir çələngi” adlı tədbir keçirildi - Fotolar

ADU-da vətənpərvərlik mövzusunda “Şeir çələngi” adlı tədbir keçirildi - Fotolar
19.11.2015 11:13

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda "Şeir çələngi” adlı tədbir keçirildi.
 
ANN.Az xəbər verir ki, ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılan tədbirdə universitet tələbələri tərəfindən vətənpərlik mövzusunda yazılan şeirlər səsləndirildi, eyni zamanda "Sarı gəlin”, "Cənab Leytenant”, "Azərbaycan” mahnıları ifa olundu. Tədbirdə "Dalğa” rəqs qrupunun ifasında "Yallı” rəqsi nümayiş olundu. Daha sonra "Əsgər marşı” nın müşayiəti altında əsgər forması geyinmiş tələbələr tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi, hərbi andiçmə mərasiminin səhnəciyi canlandırıldı.

Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin başçılıq etdiyi münsiflər heyəti tərəfindən seçilən, Filologiya və jurnalistika fakültəsinin 326 a qrup tələbəsi Səltənət Quliyeva I yerə, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 222 b qrup tələbəsi Şəlalə İbrahimli II yerə, Filologiya və jurnalistika fakültəsinin 241 a qrup tələbəsi Nəimi Nəbiyev isə III yerə layiq görüldü, qaliblər mükafatlandırıldı. Mükafatlandırma mərasimindən sonra ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov təkcə ilk üçlüyə seçilənlərin yox, müsabiqədə iştirak edən hər kəsin qalib olduğunu söylədi, onları təbrik etdi. Vətənpərvərlik mövzusuna həsr olunan belə tədbirlərin say etibarilə çox olmasının labüd olduğunu deyən prorektor bu mövzunun ön plana çəkilməsinin vacibliyindən danışdı.

Sonra Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışlarında tədbirin baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etdilər, ADU-nun vətənpərvərlik mövzusuna xüsusi önəm verdiyini, bunun da digər ali məktəblərə nümunə olmasını diqqətə çatdırdılar.

Sonda müsabiqə haqqında fikirlərini bölüşərkən Qəşəm Nəcəfzadə ADU-nun onun ən sevimli universiteti olmasını söylədi, tərcüməçilik sahəsində savadlı kadrların yetişməsində təhsil ocağının böyük rol oynadığını sözlərinə əlavə etdi, buna görə də universitet rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdi.
 
 
 
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol