• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rusiya ali məktəblərinin assosiasiyası yaradılır

Azərbaycan və Rusiya ali məktəblərinin assosiasiyası yaradılır
19.11.2015 15:23
Bu gün ADA Universitetində Azərbaycan-Rusiya universitetlərlərarası forumu öz başlayıb. Forumda Azərbaycanla yanaşı, Rusiyanın müxtəlif şəhərlərində yerləşən universitet rektorları da iştirak edir.

Modern.az-ın verdiyi xəbərə görə, ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, forum çərçivəsində Rusiya və Azərbaycan ali məktəblərinin assosiasiyasının yaradılması barədə memorandum imzalanacaq. 

"Sabah Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun iştirakı ilə sənədin imzalanma mərasimi keçiriləcək. Bu assosiasiyanın yaradılmasının hər iki tərəf üçün çox səmərəli olacağına ümid edirəm. Bu qurum Rusiya və Azərbaycan universitetlərinin gələcəkdə daha geniş əməkdaşlıq etməsinə təkan verəcək, universitetlərin öz potensiallarını reallaşdırmağa imkan verəcək”. 

Azərbaycan və Rusiya arasında təhsil sahəsində gözəl əlaqələrin olduğunu vurğulayan Hafiz Paşayev əlavə edib ki, hazırda Rusiyada çox sayda azərbaycanlı tələbə, eyni zamanda Azərbaycanda da rusiyalı tələbələr təhsil alır. 

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov deyib ki, bu forum çərçivəsində əməkdaşlıq etməkdən, assosiasiya yaratmaqdan başqa, iki ölkənin universitetləri arasında ikitərəfli müqavilələr də bağlanıla bilər. 

Onun sözlərinə görə, əməkdaşlıq yalnız bu assosiasiya daxilində əməkdaşlıq etməklə məhdudlaşdırılmalı deyil, digər universitetlərin də təcrübələrini öyrənmək olar.

Ufa Dövlət Neft Texnologiyaları Universitetinin rektoru Ramil Baxtizin bu forumun Azərbaycanda keçirilməsinə görə Azərbaycanın Təhsil Nazirliyinə və ADA Universietinə təşəkkür edib.

Universitetlər arasında əlaqəlırin qurulmasının vacibliyindən danışan rektor qeyd edib ki,  Bakı həmişə neft elminin mərkəzidir olub və bu, yenə də belədir. 

Bir alim kimi Azərbaycanın elmi mühitində yetişdiyini deyən R. Baxtazi bu forumun Azərbaycan və Rusiya arasında elmi əlaqələtinin inkişafına töhfə verəcəyinə ümid etdiyini deyib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol