• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəhşətli yanğın: 49 ailə təxliyyə olundu - FOTO

Bakıda dəhşətli yanğın: 49 ailə təxliyyə olundu - FOTO
28.05.2020 21:43
Evlər elektrik sobaları ilə qızdırıldığından xətdə yüklənmə olub.

Bakıda 12 mərtəbəli binada yanğın baş verib. 

APA-nın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev 119 ünvanındakı yaşayış binasında qeydə alınıb. Binanın birinci blokundakı elektrik şitində qəfil baş verən tüstülənmə çox keçmədən yanğına çevrilib.

Sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng vuraraq kömək istəyiblər. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. 

Bloku qatı tüstü bürüdüyündən və alovun mənzillərə keçmə təhlükəsi olduğundan binada yaşayan 49 ailə təxliyyə olunub. Daha sonra yanğınsöndürənlər alovun mənzillərə keçmədən qarşısını alıblar.

Bina sakinlərinin özlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddindən artıq yüklənmə göstərilir. Belə ki, noyabrın 15-də binaya verilməli olan istilik hələ də verilməyib. 

"Azəristiliktəchizat” ASC-dən sakinlərə deyilib ki, qurumun "Azəriqaz”a borcu olduğundan binaya istiliyin verilməsi bir müddət yubana bilər. Sakinlərin sözlərinə görə, evlər elektrik sobaları ilə qızdırıldığından xətdə yüklənmə olub və yanğınla nəticələnən partlayış baş verib.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol