• $
  • €
  • ₽
  • ₺
  • £

İş adamının həbs müddəti uzadıldı - 50 milyon borc

İş adamının həbs müddəti uzadıldı - 50 milyon borc
20.11.2015 19:33
Onun banka 50 milyon dollar borcu olduğu bildirilir.

"Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "City Developer” MMC-nin direktoru Ratmir Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Report-un məlumata görə, dünən xəstəxanaya yerləşdirilmiş iş adamının işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Bu gün keçirilən prosesdə iş adamı şəxsən özü iştirak edib. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin üç ay müddətinə artırılması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, R.Bəkirov ötən gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

O, fəaliyyətini dayandırmış "Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Xatırladaq ki, R.Bəkirovun "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Ötən iki gündə 14 iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol