• $
  • €
  • ₽
  • ₺
  • £

Uşağın cinsiyyətini öyrənmək qadağan ediləcək - VİDEO

Uşağın cinsiyyətini öyrənmək qadağan ediləcək - VİDEO
20.11.2015 23:59
Selektiv abortun qarşısını almaq üçün.

Azərbaycanda son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. 

Yeni doğumlarda uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmasın deyə selektiv abortun əngəllənməsi nəzərdə tutulur. Bu, gələn ilin yaz sessiyasinda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Azərbaycanda son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir. Bu məqsədlə selektiv abortun qarşısının alınması təklif olunur.

2014-cü ildə Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. Selektiv abort - dölün cinsinə görə hamiləliyə xitam verilməsidir.

Sosioloqlar da selektiv abortların demoqrafik göstəricilərə mənfi təsir etdiyini deyir. Bunun ananın səhhətinə mənfi təsir edəcəyini düşünən mütəxəssislər qanunun qəbulu ilə abortların sayının azalacağını düşünürlər.

Abortun selektiv olub olmadığını müəyyənləşdirmək çətin yaxud da mümkünsüz olması isə qadağanın bütün abortlara şamil olunmasını vacib edir. "Reproduktiv sağlamlığın qorunması haqqında”qanunun qəbulundan sonra ana və körpənin sağlamlıq problemi kimi əsas olmadan abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunun Milli Məclisin 2016-cı ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. ( Xəzər xəbər)



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol