Bakıda nəqliyyatın hərəkəti intensivdir

Bu gün səhər saatlarında Bakının küçə və prospektlərində nəqliyyatın hərəkətində nisbi sıxlıq müşahidə edilir.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir.
Məlumata görə, paytaxtda nəqliyyatın hərəkəti hazırda intensiv xarakter daşıyır.
Belə ki, Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətində), Afiyəddin Cəlilov küçəsi (Cavanşir körpüsü istiqamətində), Xətai prospektində (Təhsil Nazirliyinin qarşısı), habelə Yusif Səfərov və Rəşid Behbudov küçələrində avtomobillərin intensiv hərəkəti müşahidə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























