• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın televiziyası fəaliyyətə başlayır

AMEA-nın televiziyası fəaliyyətə başlayır
23.11.2015 10:04
AMEA Rəyasət Heyətinin iclasında Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının "Elm TV” kanalının rəsmi saytının yaradılmasına dair qərar qəbul olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, iki ilə yaxındır ki, fəaliyyət göstərən İnternet-televiziya hazırda www.science.gov.az portalında yayımlanır.

"Elm TV”-nin rəhbəri Xatirə Cabbarzadə şəbəkə televiziyasının saytının yaxın aylarda istismara veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda veb-saytın yaradılması işləri yekunlaşmaq üzrədir.

TV rəhbəri AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan, müxtəlif bölmələri və zəngin video-qalereyanı özündə əks etdirəcək veb-telekanalın elmtv.az domen adı altında fəaliyyət göstərəcəyini bildirib.

"Elm” televiziyasının AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbə olduğunu bildirən X. Cabbarzadə əsas məqsədin elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılması olduğunu söyləyib.

O, saytda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də əksini tapacağını qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol