• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq daha bir mötəbər quruma üzv qəbul olundu

Baş Prokurorluq daha bir mötəbər quruma üzv qəbul olundu
23.11.2015 13:41
Noyabrın 18-dən 20-dək Parisdə korrupsiyaya qarşı mübarizə məqsədi ətrafında peşəkarları birləşdirən müstəqil forum olan Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 15-ci illik Peşəkar Konfransı və Baş Assambleyası keçirilib.
 
ANN.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə "Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və inzibati tədbirlərin balanslaşdırılmış tətbiqi” mövzusunda keçirilən tədbir Fransa Milli Polisi Baş İnspektorluğunun təsis edilməsinin 130 illiyi münasibəti ilə həmin qurumun inzibati binasında baş tutub.

Qeyd edilən qurumların prezidenti, eləcə də Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin 2014-cü ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Baş prokuror Zakir Qaralovla əldə edilmiş razılığa əsasən Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC və EACN-ə üzvlük məsələsinin baxılması məqsədi ilə Fransa Milli Polisi Baş İnspektorluğunun rəhbəri xanım Mariya Frans Moneger-Quyomarş və OLAF-ın baş direktorunun dəvəti ilə sözügedən tədbirlərdə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Baş Assambleyada Azərbaycanın quruma üzvlük məsələsinə baxılıb. Səsvermədən əvvəl K.Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olmaqla beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməklə tətbiq edilməsinin beynəlxalq əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulanıb. Daha sonra səsvermə keçirilmiş və Azərbaycan Respublikası Prokurorluğu qeyd olunan təşkilata üzv qəbul edilib.

Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.

Tədbir çərçivəsində İspaniya, Ukrayna və Litvanın ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Konfransın sonunda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da günləndirilməsi məqsədi ilə "Paris bəyannaməsi” qəbul edilmiş və 16-cı illik Konfransın Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun (KNAB) təşkilatçılığı ilə Latviyanın Riqa şəhərində keçirilməsi qərara alınıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol