• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəzi televiziya kanalları səhvlərinin üzərində inad edirlər"

"Bəzi televiziya kanalları səhvlərinin üzərində inad edirlər"
23.11.2015 16:36
"Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekanallardan umduğu, yeri gələndə tələbi odur ki, ədəbi dilin normalarını ciddi şəkildə gözləsinlər".

"Report" xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.

O, bildirib ki, efir təcrübə tarlası deyil: "Dəvət olunan qonaqlar dillə bağlı qüsurlara yol verə bilərlər, amma aparıcı verə bilməz. Dil bizim varlığımız, varlığımızın göstəricisidir. Dilimiz çox basqılara məruz qalıb, çox yollar keçib, öz dilimizdə yazıb-oxumağa hər zaman geniş imkanlarımız olmayıb. Uzun müddət ən yaxşı kadrlar seçilərkən belə, onların Azərbaycan dilini necə bilməsi heç yada düşməyib.

Bakının harasındasa sanitar normalar pozulanda, televiziyalar çəkib göstərir. Dillə bağlı normaların necə gözlənilməsi məsələsi də hər zaman televiziyanın, medianın diqqətində olmalıdır".

Q.Cəbiyev səhvləri üzərində inad edən televiziya kanallarına da iradını bildirib: "Klassiklərdən birinin məhşur bir fikri var ki, səhv etmək hamıya məxsusdur, lakin səhvinin üzərində israr etmək axmaqlara məxsusdur. Əfsuslar olsun ki, bəzi televiziyalarda bu hallar var. Səhvləri deyiləndə, təkrar-təkrar xatırladanda israr edirlər, inad, mübahisə edirlər. Amma düşünmək lazımdır ki, bir məsələni bir yox, bir neçə adam deyirsə artıq burada nəsə var". 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol