• $
  • €
  • ₽
  • ₺
  • £

Erkən nikahla bağlı Bakı kəndləri cənub bölgələrini geridə qoydu

Erkən nikahla bağlı Bakı kəndləri cənub bölgələrini geridə qoydu
25.11.2015 13:00
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu günə qədər qadın zorakılığı ilə bağlı silsilə tədbirlər keçirib, regionlarda maarifləndirmə kampaniyaları aparılıb: "Bu tədbirlərin ən başlıcası maarifləndirmə tədbirləridir. Bu gün komitənin təsis etdiyi 11 mərkəz bölgələrdə maarifləndirmə sahəsində fəaliyyət göstərir. Bu mərkəzlər qadınların problemlərinin həllində yaxından iştirak edir".

S. Qəhrəmanova zorakılığa məruz qalan qadınların bunu gizlətməyə çalışdığını qeyd edib: "Bəzən qadınlar uşaqlarına görə dözürlər. Amma anlamırlar ki, zorakı mühitdə böyüyən uşaq hansı psixoloji gərginliyə məruz qalır. Təəssüflər olsun ki, bu gün erkən nikah faktlarına görə Bakı kəndləri cənub bölgələrini geridə qoyub. Burada qızların təhsil məsələsində problem var. Qızları erkən nikaha məcbur edən valideynləridir. Ona görə də komitəmiz əsasən, Bakı kəndlərində maarifləndirmə tədbirləri keçirib".

Komitənin Regional Mərkəzlərlə İş Şöbəsinin müdir Ceyran Rəhmətullayeva isə çıxışında regionlarda qadınların maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol