Bakıda polis binasında yanğın

Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən Çevik Polis Alayının 7-ci bölüyünün inzibati binasında yanğın olub.
"Report”un xəbərinə görə, binanın ikinci mərtəbəsində başlayan yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub. Hadisə nəticəsində binada olan bir neçə stol, stul, şkaf və digər mebel əşyaları yanıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























