• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə və şəhid ailələrinə mənzillər verildi

Müharibə və şəhid ailələrinə mənzillər verildi
25.11.2015 22:48
Quba rayonunda 6 yeni fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Oxu.Az-a bildirilib. 

Nazirlikdən bildirilib ki, onlardan 5-i Qarabağ müharibəsi əlillərinə, 1-i isə şəhid ailəsinə təqdim olunub.

Nazirlikdən qeyd edilib ki, 2015-ci ildə ümumilikdə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzillər verilib:

"Cari ildə nazirlik tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub”.

"Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir”, - deyə nazirlikdən qeyd edilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol