• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəbində şagirdlər soyuqdan donur

Bakı məktəbində şagirdlər soyuqdan donur
26.11.2015 10:20
Paytaxtın orta məktəblərində istilik problemi ciddiləşib. Orta məktəblərə istilik verilmir, şagirdlər soyuq sinif otaqlarında dərs keçməyə məcburdurlar.

ANN.Az musavat.com-a istinadən bildirir ki, problemin Bakının əksər məktəblərini əhatə etdiyi bildirilir. 

Məsələn, Yasamal rayonunda yerləşən 308 saylı məktəbdə uşaqların soyuq sinif otaqlarında dərs keçdiyi, problemin nazirlik səviyyəsinə qədər qaldırıldığı, lakin həllini tapmadığı bildirilir. 

Valideyn Natiq Bayramov bildirir ki, iki övladı həmin məktəbdə təhsil alır və günlərdir ki, soyuq sinif otaqlarında oturmağa məcburdurlar: 

"Uşaqlar 3-cü və 6-cı siniflərdə təhsil alırlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var ki, noyabrın 15-dən istilik verilməlidir. Ancaq "otopleniyalar", istilik sistemləri işləmir. Dəfələrlə Təhsil Nazirliyinə, 146-ya, qaynar xəttə zəng etmişəm, işləmir, cavab vermir. Məktəb kimi qaynar xətt də donub.

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrindən mənə cavab verirlər ki, onlara təsir etmək rıçağı yoxdur. Nazirləq Kabineti də deyir ki, qaz yoxdur. Məktəb Təhsil Nazirliyinin öz balansındadır, "Azəristilik"in balansında deyil. Nazirlik niyə bunu həll etmir? Gələn qışamı hazırlaşırlar?

Sonuncu cavabları o oldu ki, Yasamal Rayon Qaz İdarəsi ilə Bakı Baş Təhsil İdarəsi hesablaşmayıblar. Qaz pulunu Təhsil İdarəsi bu gün ödəyib, Qaz İdarəsinin isə hələ qazı açmaq fikri yoxdur. Nəticədə uşaqlarımız məktəbdə donur".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məktəblərdə istiliyin olmaması ilə bağlı problemləri araşdırırlar. 

Onun sözlərinə görə, nazirliyə bu mövzuda gələn tək-tək şikayətlər də araşdırılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol