• $
  • €
  • ₽
  • ₺
  • £

BP-nin vitse-prezidenti BANM-in baş müəllimi oldu

BP-nin vitse-prezidenti BANM-in baş müəllimi oldu
26.11.2015 12:11
Uzun müddət BP Exploration şirkətində müxtəlif vəzifələrdə çalışan və hal-hazırda həmin şirkətdə Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti vəzifəsini tutan, beynəlxalq münasibətlər üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM)  İngilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi vəzifəsinə təyin olunub və tələbələrə "Enerji geosiyasəti” fənnini tədris edir. 

Bəxtiyar Aslanbəyli 1976-cı ildə Bakıda anadan olub. 1993-1997-ci illərdə bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. 1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirib. Magistraturada oxuduğu dövrdə Elm və təhsil mərkəzi "Təfəkkür” Universitetinin hüquq elmləri kafedrasında müəllim vəzifəsində çalışıb. 1998-ci ildən "PricewaterhouseCoopers” şirkətində vergi üzrə məsləhətçi, 2002-ci ildən isə BP Exploration şirkətinin Vergilər şöbəsində vergilər üzrə analitik vəzifəsində çalışmağa başlayıb. 2002-2015-ci illər ərzində BP şirkətinin müxtəlif departamentlərində analitik, vergilər üzrə məsləhətçi,  şöbə müdiri, region üzrə menecer vəzifələrini tutub. 2015-ci ilin sentyabr ayından həmin şirkətin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. Eyni zamanda, 2006-cı ildən indiyədək Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi vəzifəsində çalışır. 

Bəxtiyar Aslanbəyli 2015-ci ilin noyabr ayından Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzində əvəzçilik üzrə baş müəllim vəzifəsində çalışır. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol