• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA Akif Çovdarovla bağlı məlumatlara münasibət bildirdi

AMEA Akif Çovdarovla bağlı məlumatlara münasibət bildirdi
26.11.2015 15:56
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mətbuatda "Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…” başlıqlı yazıda AMEA-nın Dendralogiya İnstitutunun adının hallandırılmasına münasibət bildirib. 

AMEA-nın İşlər idarəsindən "Report”a bildirilib ki, mediada AMEA-nın Dendralogiya İnstitutunun daimi istifadəsində olan ərazidən Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən fiziki şəxsə torpaq sahəsinin ayrılması barədə məlumatlar yayılıb. 

AMEA-nın İşlər idarəsi bildirir ki, həmin məsələ ilə bağlı informasiya yanlışdır: "Dendralogiya İnstitutu (Mərdəkan Dendrarisi) AMEA-nın milli sərvətidir. İnstitut həm tarixi əhəmiyyətlidir, həm də təbiət muzeyidir. Bu günə qədər özəlləşdirilməsi, yaxud hər hansı bir şəxsin istifadəsinə ayrılması üçün heç bir göstəriş və ya sərəncam verilməyib. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında elmi-iqtisadi potensialı nəzərə alınaraq, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu adlandırılıb. Hazırda institutun inkişaf perspektivləri üçün yeni təcrübə sahələrinin ayrılması məqsədilə müvafiq layihələr hazırlanmaqdadır.

1967-ci ildə Nazirlər Kabineti tərəfindən Mərdəkan Dendrarisinə 12 ha torpaq sahəsi ayrılıb. İndiyə qədər bu ərazidən heç bir hüquqi və ya fiziki şəxsə torpaq sahəsi verilməyib, əldə olunması ilə bağlı müraciət olunmayıb”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol