• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Hindistan Konstitusiyasının qəbul edilməsinin 66-cı ildönümü münasibəti ilə tədbir keçirildi

ADU-da Hindistan Konstitusiyasının qəbul edilməsinin 66-cı ildönümü münasibəti ilə tədbir keçirildi
26.11.2015 19:56

Noyabrın 26-da Azərbaycan Dillər Universitetində  (ADU) universitetin Hindistan mərkəzinin və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Hindistan Konstitusiyasının qəbul edilməsinin 66-cı ildönümü münasibəti ilə tədbir keçirildi.
 
ADU-nun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, ilk öncə Hindistanın Konstitusiyasına həsr olunmuş qısa film nümayiş olundu.

Tədbirdə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana, Hindistan-Azərbaycan dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, universitetin professor-müəllim heyəti və tələbələri, Azərbaycan-Hindistan Assosiasiyasının üzvləri iştirak edirdi. 

Tədbiri giriş sözü ilə açan Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana xalqının Konstitusiyanın qəbulu uğrunda apardığı mübarizədən bəhs etdi. O, Mohatma Qandi başda olmaqla, azadlıq döyüşçülərinin əməyi nəticəsində qəbul edilən bu sənədin Hindistan xalqının tarixində mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. Səfir konstitusiyanın 26 noyabr 1949-cu il tarixində qəbul olunduğunu və 26 yanvar 1950-ci il tarixində isə qüvvəyə mindiyini sözlərinə əlavə etdi. 
Sonra çıxış edən Hindistan-Azərbaycan dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Hindistan xalqını Konstitusiya günü münasibətilə təbrik etdi. Bir müddət öncə Hindistanda olduğunu söyləyən millət vəkili səfər çərçivəsində Hindistan parlamentinin üzvləri və ictimai-siyasi xadim Sonya Qandi ilə görüşdüklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Deputat qeyd etdi ki, Hindistan-Azərbaycan arasında münasibətlərin inkişafı üçün güclü potensial münasibət mövcuddur. Sonda o, iki ölkə rəhbərliyinin səyləri ilə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. 

ADU tərkibində Hind mərkəzinin fəaliyyət göstərdiyini deyən universitetin Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov isə mərkəzin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan-hind-rus-ingilis dillərində lüğətin çap edildiyini bildirdi.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov öz çıxışında Hindistanın həmişə maraq dairəsində olduğunu bildirdi. Hindistan-Azərbaycan münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayan T. Əmiraslanov Atəşgah məbədinin buna əyani sübut olduğunu qeyd etdi. Bununla yanaşı Azərbaycan və hind mətbəxi arasında müəyyən oxşarlıqların mövcud olmasını dilə gətirdi.

Azərbaycandakı Hindistan Assosasiyasının nümayəndəsi Şuçita Set öz çıxışında Hindistan Konstitusiyasında qadın və kişi bərabərliyini özündə əks etdirən maddələrdən bəhs etdi. 

Tədbir Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin hindşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin hind dilində çıxışları ilə yekunlaşdı. 
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol