• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yenilik: Magistraturaya qəbul iki istiqamətə bölünəcək

Azərbaycanda yenilik: Magistraturaya qəbul iki istiqamətə bölünəcək
29.05.2020 11:51

Azərbaycanda "Təhsil haqqında” qanuna dəyişiklik edildikdən sonra ali təhsilin magistratura səviyyəsində kadr hazırlığının iki istiqamətdə aparılması nəzərdə tutulur.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov Trend-ə bildirib ki, hazırda Avropa təcrübəsinə müvafiq olaraq, magistratura səviyyəsinin ixtisas və ya elmi-ixtisas (tədqiqat) istiqamətlərində təşkili üzrə işlər aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, artıq qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsi üçün müvafiq orqanlara müraciət hazırlanıb: "Həmin müraciət qəbul olunduğu halda, biz magistraturanı iki istiqamətə ayıracağıq. Gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq”.

N.İbrahimov qeyd edib ki, tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək: "İxtisas magistraturasında təhsil alanlar üçün təhsil müddəti bir il nəzərdə tutulur. Onlar ixtisas üzrə magistr dərəcəsi alacaq, yalnız ixtisas üzrə mütəxəssis olacaqlar. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirəcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar”.

Nazirlik rəsmisinin sözlərinə görə, bir şəxsin eyni zamanda iki istiqamət üzrə təhsil alması mümkün olmayacaq. Amma hər iki istiqamət üzrə təhsil almaq istəyənlər ayrı-ayrı vaxtlarda təhsil alaraq hər iki istiqamət üzrə müvafiq diplom ala biləcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol