• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq: Ekstremist cinayətkar dəstə ilə danışıqlar aparmaq niyyətində deyilik

Baş Prokurorluq: Ekstremist cinayətkar dəstə ilə danışıqlar aparmaq niyyətində deyilik
27.11.2015 13:38
Baş Prokurorluq Məşədi Natiq Kərimovun danışıqlar təklifinə rədd cavabı verib.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb: "Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik”.
 
E. Sultanov həmçinin qeyd edib ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla qeyd edilən cinayətin bütün iştirakçılarının, həmçinin həmin silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 
 
Qeyd edək ki, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov APA-ya açıqlamasında bildirib ki, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırlaşır: "Biz qərara gəldik ki, polis və prokurorluq əməkdaşları ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Yaxın saatlarda görüş baş tutacaq. Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.
 
Məşədi Natiq Kərimov onu da deyib ki, ötən gün baş verən atışmada dünyasını dəyişən kənd sakinlərinin meyitləri hələ ailələrinə təhvil verilməyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol