• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranlıların danışıq təklifi rədd edildi - VİDEO

Nardaranlıların danışıq təklifi rədd edildi - VİDEO
27.11.2015 22:46
Baş Prokurorluq: "Silahlı dəstə ilə danışıq aparmaq niyyətimiz yoxdur".

Nardaranda ötən gün baş vermiş qarşıdurmadan sonra bu gün artıq sakitlikdir. Nardaranda təhlükəsizliyin təmin edilməsi üçün kəndə polis cəlb edilib. Bu gün bir qrup ağsaqqal danışıqlar təklif edib.

ANS TV-nin məlumatına görə, Baş Prokurorluq Nardaran ağsaqqalı Məşədi Natiq Kərimovun danışıqlar təklifini qəbul etməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS-ə silahlı dəstə ilə danışıq aparmaq niyyətləri olmadığını söylədi.

Hazırda Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla insidentin bütün iştirakçılarının, həmçinin həmin silahlı dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu gün Nardaran kəndində sakitlik hökm sürüb. Baxmayaraq ki, polis gücləndirilmiş iş rejimində işləyir. Kəndə gedən yolda avtomobillər yoxlanılır. Kəndin girəcəyində isə bəzi şəxslər daşlardan və təkərlərdən barrikadalar qurublar.

Bu arada Nardaran kəndinin elektrik enerjisi kəsilib. "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev ANS-ə bildirdi ki, işığın kəsilməsinə səbəb abonentlərin borclu olmasıdır.

Nardaran kəndinin ümumi ödəmə göstəricisi 2% təşkil edir. Xəbərdarlıqdan sonra kəndə işığın verilməsi dayandırılıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol