• $
  • €
  • ₽
  • ₺
  • £

Dilçilik İnstitutu dövlət qurumlarına müraciət etdi

Dilçilik İnstitutu dövlət qurumlarına müraciət etdi
30.11.2015 17:00
Küçə adları və reklam mətnləri mərhələlərlə Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərilərək mütəxəssislər tərəfindən yoxlanılır

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu reklamların mətnlərində dil normalarının gözlənilməsi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və yerli icra hakimiyyətlərinə əməkdaşlıqla bağlı müraciət edib. Bu barədə "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, əgər razılıq əldə olunsa bu əməkdaşlıqlar Bakı şəhərində yanlış, dil qüsuru olan küçə adlarının, reklam, elan və digər bu yönümlü lövhələrin azalmasına səbəb olacaq: "Çünki lövhələr hazırlanmamışdan əvvəl dilçi mütəxəssislər həmin mətnin dil normalarına uyğun gəlib-gəlmədiyini yoxlayır və öz tövsiyələrini verir".

Şöbə müdirinin sözlərinə görə, son vaxtlar küçə adlarında Azərbaycan dilinin normalarının pozulması ilə bağlı problemlər qismən azalıb: "Çünki Dilçilik İnstitutu küçə adlarının yazılması ilə məşğul olan Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi və Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə müqavilə imzalayıb. Müqavilə imzalandığı tarixdən etibarən küçə adları və reklam mətnləri mərhələlərlə Dilçilik İnstitutunun Monitorinq şöbəsinə göndərilərək mütəxəssislər tərəfindən yoxlanılır və mərkəzə göndərilir. Bundan sonra adların və reklamların istehsalına başlanılır".  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol