• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tələbələr üçün təcrübə müddəti artırıldı

Azərbaycanda tələbələr üçün təcrübə müddəti artırıldı
29.05.2020 00:19
Azərbaycanda ali məktəblərdə oxuyan tələbələr üçün təcrübə müddəti artırılıb.

Təhsil Nazirliyinin (TN) Aparat rəhbərinin müavini Yaqub Piriyev Trend-ə bildirib ki, dövlət sifarişi ilə kadr hazırlığının səviyyəsinin yüksəldilməsi və standart tələblərin keyfiyyətinin daha da artırılması məqsədi ilə TN 2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarına və özəl sektorun böyük şirkətlərinə məktub ünvanlayıb.

Həmin məktubla işəgötürənlərin müasir kadrlara bilik, bacarıq vərdişlərli ilə bağlı qoyduqları tələblər və hansı keyfiyyətləri görmək istədikləri sorğu edilib: "Sorğuya cavab olaraq, rəsmi qurumlar, özəl müəssisələr tərəfindən Təhsil Nazirliyinə cavab məktubu göndərilib. Məktubların əsasında müəyyənləşdirilən yeni tələblər təhsil proqramlarının standartlarında artıq öz əksini tapıb”.

Y.Piriyev deyib ki, işəgötürənlərin tələbləri nəzəri biliklərdən daha çox, praktiki vərdişlər və bacarıqların inkişaf etdirllməsi ilə bağlı olub.

Onun sözlərinə görə, tələbələrin praktiki vərdişlərinin inkişaf etdirilməsi üçün təcrübə müddəti artırılaraq pedaqoji ixtisalar üçün 18, qeyri-pedaqoji ixtisaslar üçün 14 həftə müəyyən edilib.

Y.Piriyev qeyd edib ki, bu təcrübə müddəti ilk olaraq, 2014-cü ildə qəbul olunan tələbələrə şamil edilir: "Həmin il ali məktəblərə qəbul olunan tələbələr hazırda 2-ci kursda təhsil alırlar. Onlar 3-4-cü kursda təhsil aldıqda bu proqrama uyğun təcrübə keçəcəklər. 2018-ci ilin bakalavr məzunları artıq bu tələblərə uyğun hazırlanmış kadrlar olacaq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol