• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”
30.11.2015 18:26
"Nardaranda olan məscidlər dövlət qeydiyyatından keçməyib”.
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
M. Qurbanlı bildirib ki, bu məscidlər də qeydiyyatdan keçməlidir: "Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanuna uyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.
 
M. Qurbanlı bildirib ki, Nardaranda müqəddəs ziyarətgah var: "Bu ziyarətgahın  təmiri, saxlanılması ilə bağlı dövlətin diqqəti olub, bundan sonra da olacaq. Amma söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidir. Orada gənclərimiz var, gözəl məktəblər tikilib, gənclərin təhsili üçün şərait yaradılıb. Təəssüf ki, gənclərimizi təhsildən yayındıran valideynlər var. Buna da yol vermək olmaz. Çünki gənclərin təhsildən yayındırılması ümumi icbari təhsil haqqında qanuna ziddir. Belə halların qarşısı alınmalıdır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol