• $
  • €
  • ₽
  • ₺
  • £

İndiyədək Azərbaycanda İİV infeksiyasından ölənlərin sayı açıqlandı

İndiyədək Azərbaycanda İİV infeksiyasından ölənlərin sayı açıqlandı
01.12.2015 20:27

 Bu il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinəyə cəlb edilib. Nəticədə 45 nəfərdə İİV-ə yoluxma təsdiqlənib.
 
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində Azərbaycanda 618 nəfər İİV infeksiyasına yoluxub. Həmin şəxslərin 598-i Azərbaycan vətəndaşı, 20 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 598 Azərbaycan vətəndaşının 409-u kişi, 189-u qadındır.
 
Ümumilikdə Azərbaycanda 4453 nəfər İİV-lə yaşayan insanın qeydiyyatda olduğunu deyən N.Zülfüqarov əlavə edib ki, onların 73,1 faizi (3257 nəfər) kişi, 26,9 faizi (1197 nəfər) qadındır.
 
Mərkəz rəsmisi qeyd edib ki, hazırda ölkədəki xəstələrin 1229 nəfəri QİCS mərhələsindədir. İndiyədək Azərbaycanda İİV infeksiyasından 719 nəfər dünyasını dəyişib. Bu infeksiyaya yoluxmaların 49 faizi inyeksion narkotik nəticəsində, 41 faizi heteroseksual, 2 faizində homoseksual yol, 1,8 faizi anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 6,2 faizində yoluxma yolu müəyyən edilməyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol