Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçi axtarır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Texniki Komitə mövcuddur. Komitənin əsas fəaliyyəti beynəlxalq standartların Azərbaycan dilinə lokallaşdırılmasından ibarətdir.
İnformasiya texnologiyalar sahəsinin mütəxəssisi olan, eyni zamanda azərbaycan dilini mükəmməl bilən şəxslər bizə müraciət edə bilərlər. Onlarla biz əməkdaşlığa hazırıq.
Oxu.Az xəbər verir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyaları nazir müavini Elmir Vəlizadə deyib.
"Hazırda "Dilmanc” layihəsinin daha da təkmilləşdirilməsi, dil potensialının artırılması istiqamətində işlər gedir. Bu sahədə də bizə mütəxəsislər lazımdır”, - deyə nazir müavini qeyd edib.
"Ümumilikdə Azərbaycan dilinin müxtəlif proqram təminatlarında tətbiq edilməsi üzrə iş gedir. Bu istiqamətdə də nazirlik tərəfindən fəaliyyət həyata keçirilir”, - deyə E.Vəlizadə əlavə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























