• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxudu - Fotolar

Səfir “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxudu - Fotolar
02.12.2015 17:53

2 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Skandinaviya mərkəzinin təşkilatçılığı ilə Norveç Krallığınıın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svedsen universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə "Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxudu.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva tədbir iştirakçılarını salamladı. O, səfir Bard İvar Svedsenin ötən  həftə də universitetdə Norveçə məxsus "Şpitsberqen (Svalbard) adlarının hüququ statusu, iqtisadiyyatı, bu günü” mövzusunda mühazirə oxuduğunu xatırlatdı. Vüsalə Əfəndiyeva belə mühazirələrin tələbələrin gələcək inkişafında faydalı olduğunu da sözlərinə əlavə etdi.
 
Səfiri Bard İvar Svedsen tələbələri salamlayaraq yenidən Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrə mühazirə oxumaqdan məmnun olduğunu dilə gətirdi. O,  Norveçin siyasi sistemi haqqında danışaraq iştirakçılara konstitusiya haqqında da ətraflı məlumat verdi.  Səfir Norveç Konstitusiyasının 1814-cü il mayın 17-də Akershus quberniyasının Eydsvol şəhərciyində qəbul edildiyini və bu günədək də qüvvədə olduğunu qeyd etdi. O, hər il bu günün  Norveç xalqı tərəfindən təntənə ilə qeyd olunduğunu bildirdi. Norveç parlamentindən danışan səfir Bard İvar Svedsen parlamentin 169 üzvü olduğunu vurğuladı. Səfir Norveçin vergi sistemi haqqında  da məlumat verdi. O, Norveçdə təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən ödəndiyini sözlərinə əlavə etdi.
 
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
Qeyd edək ki, tədbirdə ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən, doktor Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev də  iştirak edirdi.
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol