• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyev: “Təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı”

Elmar Vəliyev: “Təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı”
03.12.2015 09:00
Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal şəxslərin respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və  terror aktları törətmək , bütövlükdə konstitusiya quruluşunu dəyişdirməyə yönəldilmiş hərəkətlərinə münasibət bildirilməsi ilə əlaqədar Gəncə şəhər ictimaiyyətinin toplantısı keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində bir qrup şəxsin törətdiyi əməlləri pisləyərək onların hərəkətlərinin yolverilməz olduğunu bildirib.

Heç bir qruplaşmaya ölkədə sabitliyi pozmağa icazə verilməyəcəyini deyən E. Vəliyev qeyd edib ki, təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı. "Oktyabrın 23-də şəhərdəki Cümə məscidinə toplaşan bir qrup radikal şəxs asayişi pozaraq, dini ayin keçirmək adı altında ekstremist hərəkətlər etmiş, nəticədə hüquq-mühafizə orqanları tərəfindən 82 nəfər həbs olunmuş digərləri isə ərazidən uzaqlaşa bilmişlər. Dindirilmə zamanı məlum olmuşdu ki, həbs olunanların çoxu digər bölgələrdəndir” deyə E.Vəliyev bildirib.

Sonra şəhər ağsaqqallar şurasının sədri Xalid Orucov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi hacı Tahir Abbasov və başqaları çıxış edərək Nardaran hadisələrini pisləyib, ölkədə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışıblar.

Tədbirin sonunda Gəncə dindarları adından ölkə ictimaiyyətinə Nardaran hadisələrini pisləyən müraciət qəbul olunub.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol