• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəb şeyxlərinə Azərbaycanda ov etmək üçün rəsmi icazə verildi

Ərəb şeyxlərinə Azərbaycanda ov etmək üçün rəsmi icazə verildi
03.12.2015 14:51
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "Hərbi Ovçuluq İttifaqı” MMC-dən və Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 19, 27 və 30 noyabr tarixlərində Qətər Əmirliyinin 4, Səudiyyə Ərəbistanı Krallığının 2 və Bəhreyn Krallığı Müdafiə Qüvvələrinin əməkdaşları olan 9 nəfər vətəndaşına ölkənin ovçuluq təsərrüfatlarında ov üçün icazə biletlərinin verilməsi barədə rəsmi müraciət daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az saytının soruğusuna cavab olaraq bildirilib ki, nazirlikdə müraciətə baxılıb:

"Qanunamüvafiq sənədlərin təqdim olunmasından sonra mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumilikdə 15 nəfər xarici ölkə vətəndaşına "Sarısu” ovçuluq təsərrüfatı da daxil olmaqla İmişli, Kürdəmir, Hacıqabul rayonlarının ərazisində, o cümlədən Biləsuvar ərazisindəki ovçuluq təsərrüfatlarında normativlər daxilində müvafiq sayda çöl quşlarının ovlanmasına icazə bileti verilib”.

Qeyd edək ki, xarici vətəndaşlara Azərbaycan Respublikası ərazisində ov etmək üçün icazənin verilməsi 20 aprel 2004-cü il tarixli "Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı bəndi ilə təsbit edilmiş və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiqlənən "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol