• $
  • €
  • ₽
  • ₺
  • £

​MTRŞ İTV və ANS-ə verdiyi pulları geri almaqda israrlıdır

​MTRŞ İTV və ANS-ə verdiyi pulları geri almaqda israrlıdır
03.12.2015 16:55
 Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə ANS Müstəqil Media və Yayım Şirkəti və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkilən seriallarla bağlı yaranan problem davam edir.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov "Report"a bildirib ki, qurum mütləq şəkildə müqavilədə göstərilən şərtlərə əməl olunmasını, yəni adları təqdim olunan serailların MTRŞ-yə təqdim olunması tələbində israrlıdır: "ANS televiziyası təqdim etdiyi müqavilədə çəkəcəyi serialın hər seriyasının müddətini bir saat göstərib. Lakin həm fərqli adla, həm də qeyd olunan tarixdən xeyli sonra bizə təqdim etdiyi serialın hər seriyasının müddəti cəmi 35 dəqiqədir. ANS TV bizə bildirir ki, serialla bağlı hazırlanan hesabatda texniki yanlışlığa yol verdikləri üçün təqdim olunan serialın adı, müddəti fərqlidir".

T.Məmmədov deyib ki, MTRŞ ANS-in texniki səhvə yol verdiyinə inanmır.

O xatırladıb ki, İTV dövlət büdcəsindən ayrılan vəsait hesabına "Qarabağnamə" serialını çəkdiyini iddia edir: "İTV serialı çəkdiyini deyir, amma bizə heç nə təqdim etmir. MTRŞ hər iki televiziya kanalından seriallar üçün ayrılan vəsaiti geri almaqda qərarlıdır. Vəsait ya dövlət büdcəsinə geri qaytarılacaq, ya da yeni serialların çəkilməsinə xərclənəcək".
Xatırladaq ki, MTRŞ dövlət büdcəsindən serialların çəkilməsi üçün İTV-yə ayırlan vəsaitdən 429 min, ANS-ə ayrılan vəsaitdən isə 160 min manat geri tələb edir.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol