• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəzi qüvvələr islam dini kimi mənəvi dəyərdən sui-istifadə edirlər"

"Bəzi qüvvələr islam dini kimi mənəvi dəyərdən sui-istifadə edirlər"
03.12.2015 19:00
Son dövrlər dini ekstremizm hətta terrordan da artıq bəlaya çevrilib.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Rafael Cəbrayılov Nardarandakı hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, milliyyətindən asılı olmayaraq, hər bir xalqın mənəvi dəyərlər sistemində dinin mühüm, özünə məxsus yeri var.

R.Cəbrayılov Nardaran camaatının islam dinini Azərbaycan dövlətçiliyinin fövqündə qoyduğuna inanmadığını deyib: "Yadınızdadırsa, ulu öndər Heydər Əliyev deyirdi ki, islam dini Azərbaycan xalqının ən mühüm mənəvi dəyərlərindən biridir. Dövlətçiliyin ən çətin məqamlarında Bakı ilə bir yerdə Nardaran camaatı da birmənalı şəkildə öz mövqeyini ortaya qoymuşdu. Ümummilli lider Heydər Əliyevin Bakıya dəvət olunması zamanı bütün Bakı ilə bərabər Nardaran camaatı da dövlətçiliyimizə dəstək verdi”.

R.Cəbrayılov vurğulayıb ki, sadəcə bu gün bəzi qüvvələr islam dini kimi çox mühüm, həssas mənəvi dəyərdən sui-istifadə edirlər.

Millət vəkili hesab edir ki, Nardaranda aranı qarışdıran qüvvələr olub və çox qısa zamanda Nardaran camaatı yenə də əvvəlki həyat tərzinə qayıdacaq: "Mən inanmıram ki, Naradaran camaatı dövlət bayrağını endirib, onun əvəzinə hansısa bir dini bayrağı qaldırsın. Bizim qanunvericilik dini bayrağın qaldırılmasını qadağan etmir, amma bu, dövlət bayrağının endirilməsi hesabına ola bilməz. Bu, ayrı-ayrı insanların əməlləri, orada dini ekstremist qüvvələrin atdığı addımlar idi. O insanların əməlləri cinayət idi və cəzalarını da alacaqlar”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol